...

Yerli və xarici ekspertlər əmindirlər ki, İrandakı parlament seçkiləri oyundur – ekspertlər

Siyasət Materials 17 Mart 2008 18:28 (UTC +04:00)
Yerli və xarici ekspertlər əmindirlər ki, İrandakı parlament seçkiləri oyundur – ekspertlər

Azərbaycan, Bakı, 17mart/ "Trendnews", müxbir A.Qasımova/ Yerli və əcnəbi ekspertlər əmindirlər ki, martın 14 - də İranda keçirilən parlament seçkiləri beynəlxalq normalara cavab verməyib və oyundur. "İranda keçirilmiş parlament seçkiləri demokratik olmayıb", - amerikalı ekspert Ariel Koen belə hesab edir.

Martın 14-də İranda baş tutan səkkizinci çağırış parlament seçkilərində mühafizəkar siyasi qüvvələrin nümayəndələri qalib gəliblər. Bu barədə şənbə günü İranın "Fars" İnformasiya Agentliyi seçkilərin ilkin qeyri-rəsmi nəticələrinə istinadən məlumat verib. Agentliyin məlumatına görə, İslam Respublikasının 31 əyalətində keçirilən seçkilərin ilkin nəticələri göstərib ki, gələcəkdə parlamentdəki yerlərin 70 faizini İran prezidenti Mahmud Əhmədinejadın tərəfdarları və mühafizəkarların mülayim qanadının nümayəndələri tutacaqlar.

"Dini elitanın bir çox namizəd və qeyri-islami partiyaları qəbul etmədiyinə görə, seçkilər beynəlxalq normalara cavab verməyib", - şənbə günü The Heritage Foundation-un baş elmi məsləhətçisi Ariel Koen Trend -a bildirib.

"Həqiqi seçkilərin hakim dini elitanın daxili münaqişələrini həll edəcək ədalətli mexanizmi belə yoxdur, belə ki, keçmiş prezident Hatəmini dəstəkləyən namizədlər qəbul edilməyib", - ekspert bildirib. Onun sözlərinə görə, İranda mətbuat və ziyalılar qorxudulub, həbs edilib və təqib edilirlər. "Beynəlxalq ictimaiyyət və İran xalqının bütün bu oyunun buna dəyib- dəymədiyini dərk etmək vaxtı gəlib", - ekspert əlavə edib.

Cümə günü iranlı politoloq Hüseyn Lacivərdi Trend -a bildirib ki, İrandakı islahatçı qanadın namizədlərinin yarısının qeydiyyatdan keçməsinə imtina və parlament seçkilərində qeyri-bərabər rəqabətin yaradılması göstərir ki, seçkilər şəffaf və azad ola bilməz.

"Ümumilikdə son 30 ildə İranda azad seçkilər müşahidə edilməyib", - Fransada çalışan İranlı tədqiqatçılar Assosiasiyasının sədri Lacivərdi telefonla Parisdən bildirib. İranda ilk səsvermə 1980-ci ildə keçirilib. Bu zaman ölkənin İslam Respublikası elan edilməsi üzrə referendum baş tutub. "O zaman ölkədə faktiki olaraq, 18,7 mln. nəfərin səsvermə hüququ olsa da, hakmiyyət səsvermədən sonra referendumda 22,5 mln. nəfərin iştirak etdiyini bildirib. Keçmiş prezident Məhəmməd Hatəminin seçkilərdə qələbəsi üçün, seçkilərin yekunu saxtalaşdırılmışdı. O zaman 22 mln. vətəndaş səsvermə hüququna malik olduğu halda, Hatəmiyə 21 mln. nəfərin səs verdiyi elan edilmişdi", - Lacivərdi bildirib.

"İrandakı seçkilər dünya ictimaiyyəti üçün tipik şou kimi keçir", - cümə günü Əlirza Nurizadə telefonla Trend -a bildirib. Onun sözlərinə görə, rəsmi statistikaya əsasən, İranda islahatçı-namizədlərin yarıdan çoxunun namizədliyi parlament seçkilərində qeyd olunmayıb ki, bu da seçkilərin qeyri-demokratikliyini göstərir.

İranlı politoloq İsa Səhərxiz Trend -a bildirib ki, İranda azad seçkilərin keçirilməsi üçün şərait olmadığına görə, əhalinin böyük hissəi seçkilərə maraq göstərmir. "İranın tanınmış islahatçıları və müstəqil namizədləri qeydiyyatdan keçirilməyib. Qeydiyyatdan keçmiş islahatçılar və mötədil partiyalardan olan namizədlər isə, ümumilikdə xalqa tanış deyil və onların təbliğat üçün kifayət qədər vaxt və imkanları olmayıb", - Səhərxiz bu gün Tehrandan bildirib.

Onun rəyinə görə, şübhə yoxdur ki, parlamentin yeni tərkibinin 50 faizi hazırki hakimiyyəti dəstəkləyən şəxslərdən ibarət olacaq. " İslahatçılarən azı 20 faiz yer tutmaq istəyirlər. Nikbin olsaq, gözləmək olar ki, yeni parlament tərkibinin cəmi 20 faizi müxalifət yönümlü olacaq", - Səhərxiz bildirib.

Xəbər lenti

Xəbər lenti