...

Heydər Əliyevin 85 illik yubileyinin keçirilməsilə bağlı tədbirlər planı təsdiq edilib

Siyasət Materials 18 Mart 2008 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart/ Trend , müxbir Q.Cəbiyev/ Bu gün Prezidentin İcra Aparatı rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə eks-prezident Heydər Əliyevin 85 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib.

Sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən komitə, idarə və təşkilatlarda əlamətdar yubileylə bağlı keçiriləcək tədbirlər əksini tapıb. Tədbirlər planında yubileyə həsr olunmuş poçt markaları, zərf və sairənin buraxılması, ümummilli liderin çıxış və nitqlərindən ibarət çoxcildliyin növbəti cildinin nəşr olunması, apreldə AMEA və Təhsil Nazirliyi tərəfindən müstəqil Azərbaycan dövləti qurucusunun fəaliyyətinə həsr olunmuş beynəlxalq konfransın təşkil edilməsi, respublikanın bütün tədris müəssisələrində Heydər Əliyev dərslərinin keçilməsi, Heydər Əliyev adına İdman-Konsert Kompleksində görkəmli şəxsiyyətin irsi ilə bağlı sərginin açılması nəzərdə tutulub. Bundan başqa, Moskva şəhərində, habelə digər xarici ölkələrdə Azərbaycanın səfirlikləri və diplomatik nümayəndəlikləri, diaspor təşkilatları yubiley tədbirləri təşkil edəcəklər. Mayın 10-da Fəxri Xiyabanda Heydər Əliyevin məzarı üzərinə Azərbaycan prezidenti adından əklil qoyulacaq. Heydər Əliyevin 85 illiyi münasibətilə təntənəli yubiley gecəsi də həmin gün keçiriləcək.

Xəbər lenti

Xəbər lenti