...

Azərbaycana martın 30-u yay gələcək

Siyasət Materials 25 Mart 2008 14:56 (UTC +04:00)
Azərbaycana martın 30-u yay gələcək

Azərbaycan,Bakı,25 mart / Trend , müxbir E. Hüseynov/ Azərbaycan mart ayının 30-da "yay" vaxtına keçir. Mart ayının 29-dan 30 -a keçən gecə saat 04.00 -də saatların əqrəbləri bir saat irəli çəkilməlidir. Bu barədə çərşənbə axşamı Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyindən Trend ə məlumat verilib.

Saat əqrəblərinin çəkilməsi ölkənin Nazirlər Kabinetinin (1997-ci il 17 mart tarixli 21 saylı ) qərarı əsasında həyata keçiriləcək. Qərarda Azərbaycan ərazisində hər il mart ayının son bazar günü "yay" vaxtına keçilməsi deyilir.

"Yay" vaxtının tətbiqi bir çox ölkələrdə elektrik enerjisinə qənaət məqsədi ilə keçirilir. İlk dəfə "yay" vaxtına keçmə 1908 -ci ildə Böyük Britaniyada tətbiq edilib. Rusiya inkişaf etmiş ölkələrin təcrübəsini mənimsəmək məqsədilə 1981-ci ildən "yay" vaxtına keçmə prosesini tətbiq edib. Hazırda "yay" vaxtına keçmə 100-dən artıq ölkələrdə, o cümlədən Avropa dövlətlərində tətbiq olunur.

Ekspertlərin rəyincə, saat əqrəblərinin bir saat irəli, ya geri çəkilməsi (ildə iki dəfə həyata keçirilir) əhalinin yalnız 10-15faizinə narahatçılıq yarada bilər. Ekspertlərin sözlərinə görə, artıq 2-3 gündən sonra vərdiş yaranır və insanın halı normallaşır.

Xəbər lenti

Xəbər lenti