...

Bakı Minsk Qrupu həmsədrlərinin təyin edilməsi və geri çağırılması prosedurunu öyrənir – Azərbaycanın ATƏT yanında nümayəndəsi

Siyasət Materials 28 Mart 2008 13:21 (UTC +04:00)
Bakı Minsk Qrupu həmsədrlərinin təyin edilməsi və geri çağırılması prosedurunu öyrənir – Azərbaycanın ATƏT yanında nümayəndəsi

Avstriya, Vyana, 28 mart/ Trend müxbir A.Ələsgərov/ Rəsmi Bakı Minsk Qrupunun tərkibini deyil, erməni-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk Qrupu həmsədrlərinin təyin edilməsi və geri çağırılması prosedurunu öyrənir. Bu barədə Azərbaycanın ATƏT yanında nümayəndəsi Fuad İsmayılov cümə günü Trend -a məlumat verib.

"Danışıqlar Minsk Qrupunun tərkibi deyil, Minsk Qrupu həmsədrlərinin təyin edilməsi və geri çağırılması üçün prosedurların aydınlaşdırılmasına dair bizim ATƏT-ə müraciətimiz haqqındadır", - Azərbaycanın ATƏT-dəki səfiri İsmayılov bildirib.

Çərşənbə günü Azərbaycan KİV-də ATƏT Minsk Qrupunun buraxılması haqqında ATƏT Vyanadakı katibliyinin Bakıya müraciət etməsi haqqında məlumat yayılıb. KİV qeyd etdiyi kimi, buna səbəb Rusiya, Fransa və ABŞ-ın simasında ATƏT həmsədrlərinin martın 14-də BMT Baş Assambleyasında qəbul edilən "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət haqqında" qətnamənin əleyhinə səs verməsi ilə əlaqədar Azərbaycan hakimiyyətinin narazılığı olub.

"Bir daha təkrar edirəm ki, söhbət ATƏT-in Minsk Qrupunun üzvləri olan ölkələr deyil, Minsk Qrupu həmsədrlərinin təyin edilməsi və geri çağırılması prosedurlarının aydınlaşdırılmasından gedir. Bu çox vacib fərqdir. Belə ki, bizim mətbuatda müxtəlif rəylər öz əksini tapır və erməni tərəfi bu rəylərdan öz xeyri üçün istifadə edir", - İsmayılov bildirib və Azərbaycanın Minsk Qrupunu buraxmaq arzusu haqqında şaiyələri rədd edib.

Rəsmi Bakı hesab edir ki, BMT Baş Assambleyasına Azərbaycan tərəfindən təklif edilən "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət haqqında" Qətnamənin əleyhinə çıxış edən həmsədrlər özlərini çox çətin vəziyyətə qoyublar. Bu barədə BMT Baş Assambleyasında müzakirələrdən sonra Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə məlumat verib. "Həmsədrlər artıq çox illərdir ki, vədlər verməklə məşğul olurlar və özləri də bu vədlərə əməl etmirlər", - Əzimov bildirib. Onun sözlərinə görə, həmsədrlər siyasi oyunların iştirakçılarıdırlar.

Onların təmsil etdikləri ölkələrin mövqeləri üst-üstə düşmür. Hər birinin regionda öz marağı var. Əzimov bildirib ki, Azərbaycanın "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət haqqında" Qətnamənin dəstəkləmələri üçün müraciət etdiyi ölkələrin bəziləri açıq şəkildə bildirirdilər ki, qətnamə BMT Baş Assambleyasında müzakirə edilərkən Azərbaycanın mövqeyinin əleyhinə çıxmaları üçün Rusiya və digər ölkələr onlara təzyiq göstəriblər.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

BMT-ə üzv 39 ölkə tərəfindən dəstklənən qətnamədə beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək və dəstəkləməyə çağırış öz əksini tapıb.

ATƏT-in Minsk Qrupunun həmsədrləri hesab edirlər ki, Bakının təşəbbüsü ilə qəbul edilən BMT qətnaməsi erməni-Azərbaycan münaqişəsinin nizamalanması üzrə aparılan dinc danışıqlar üçün təhlükə törədir.

Xəbər lenti

Xəbər lenti