...

Bakı Fond Birjasında DQİ-nin yerləşdirilməsi keçirilib

Siyasət Materials 29 Aprel 2008 20:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel/ Trend /Aprelin 29-da Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10302120S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazları üzrə hərrac keçirilib. Bu barədə birjanın çərşənbə axşamı yayılan məlumatında deyilir.

Bir investor tərəfindən təqdim olunana sifarişin nominal üzrə ümumi məbləği 495 200 manat təşkil edib. Sifariş 94.80% (gəlirlik 11.00%) qiymətdə təqdim edilib.

İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 94.80% (gəlirlik 11.00%) orta ölçülmüş qiymət - 94.80% (gəlirlik 11.00%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 495 200 manat məbləğində müəyyən edilib.

Ödəmə tarixi 28 oktyabr 2008-cı ildir.

Xəbər lenti

Xəbər lenti