...

Azərbaycanda aspirant və magistrların hərbi xidmətə aparılmaması üçün qanuna dəyişiklik edilməyəcək –millət vəkili

Siyasət Materials 1 May 2008 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda aspirant və magistrların hərbi xidmətə aparılmaması üçün "Hərbi çağırışın əsasları haqqında" qanuna dəyişiklik edilməyəcək. "Aspirant və magistrların hərbi xidmətə aparılmaması üçün "Hərbi çağırışın əsasları haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı Parlamentdə heç bir müzakirə aparılmır və bununla bağlı təşəbbüs yoxdur", - deyə cümə axşamı Trend -a açıqlamasında Azərbaycan Parlamentinin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, millət vəkili Zahid Oruc bildirib.

Azərbaycan Parlamenti 2007-ci ilin əvvəlində "Hərbi xidmət keçmə əsasları haqqında" qanunda dəyişiklik edib. Dəyişikliyə əsasən, aspirant və maqistrların hərbi xidmətə aparılmaması ilə bağlı güzəşt ləğv olunub.

Azərbaycanda hər il aspiranturaya 500 nəfərə yaxın şəxs qəbul olunur. Onlardan 250 nəfərə yaxınını oğlanlar təşkil edir.

Elm və təhsil məsələləri daimi komissiyasının üzvü, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bildirib ki, Parlament aspirant və magistrların hərbi xidmətə aparılması məsələsinə yenidən baxacaq. "Aspirant və magistrların hərbi xidmətə aparılması elmin inkişafına mane olur. Hazırda aspirant və magistrların hərbi xidmətə aparılmaması ilə bağlı layihə hazırlanır", - deyə Məhərrəmov qeyd edib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov da hesab edir ki, aspirant və magistrlar hərbi xidmətə aparılmamalıdırlar.

"Aspirant və magistrların hərbi xidmətə aparılmaması üçün onlara yenidən möhlət verilməyəcək. Parlament qanuna dəyişiklik edib və onların möhləti ləğv olunub. Ali Baş Komandan qanunu imzalayıb və qanun qüvvəyə minib. Qanunda yenidən dəyişiklik edilməsi qeyri-mümkündür", - deyə millət vəkili əlavə edib.

Parlamentin İnzibati və hərbi qanunvericilik şöbəsindən bildiriblər ki, "Hərbi çağırışın əsasları haqqında" qanuna dəyişiklik edilməsi üçün iş aparılmır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti