...

ABŞ səfirin Şəkiyə səfəri davam edir

Siyasət Materials 3 May 2008 21:12 (UTC +04:00)

Azərbaycan, Şəki. 3 may / Trend müxbir E.Quliyev / Şənbə günü Şəkidə olan ABŞ-ın Azərbaycandakı səfiri xanım Enn Dörsi səfərinə dair mətbuat konfransı keçirdi.

Azərbaycanla ABŞ arasında olan hərbi məsləhətləşmlərdən məlumat verən səfir bildirdi ki, belə məsləhətləşmələr ildə iki dəfə keçirilir. Bu məsləhətləşmələr Azərbaycanın əsasən sərhədlərinin möhkəmlənməsi istiqamətində aparılır. Sərhədlərin möhkəmlənməsi sayəsində qeyri leqal silaxların və narkotik madələrin hərəkətinə manə olmaqdır.

ABŞ prezdentinin çıxışında Azərbaycanın adının çəkilməsinə münasibət bildirən səfir qeyd etdi ki, 2007-ci ildə Azərbaycanda çoxlu sayda jurnalistlər həbs edilmişdir. ABŞ inanır ki, bölqədə liderlik etməyə malik olan bir ölkədə jurnalistlərə qarşı təzyiqlər aradan qalxacaq.

Seçkilər ərəfəsində ABŞ səfirliyi tərəfindən ayrılan 3 milyon ABŞ dollarının hansı istiqamətlərdə sərf ediləcəyini açıqlayan səfir bildirdi ki, əsasən mətbuatın inkişafına və texniki yardımlara sərf ediləcək ki, bu da seçkilərin demakratik keçməsinə şərait yaradacaq.

ABŞ səfiri sabah Şəkidə Kiş məbədinə, Xan sarayına, ümüd evinə və Qənclik fonduna baş çekəcək.

Ayın 5-də səfir Qax rayonunun Qum kəndində ABŞ maliyə dəstəyi ilə kanservasiya olunmuş məbədə baş çekəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti