...

İranın nüvə tədqiqatları dayandırılmalıdır – İsrail prezidenti

Siyasət Materials 5 May 2008 17:23 (UTC +04:00)
İranın nüvə tədqiqatları dayandırılmalıdır – İsrail prezidenti

İsrail, Qüds, 05 may/ " müxbir R.Abdullayev/ İsrail prezidenti Şimon Peres hesab edir ki, Qərb dövlətləri İranın nüvə proqramına etinasız yanaşmamalıdırlar. "İranda nüvə texnologiyaları sahəsində bütün tədqiqatlar dayandırılmalıdır", - prezident bazar ertəsi Qüdsdə mətbuat konfransında, Trend -un sualına cavab verərkən bildirib.

Peres bildirib ki, məhz İran İsraili yer üzündən silmək istəyir, əksinə yox. "İranın fanatik liderlərinin, bu ölkənin maliyyələşdirdiyi terrorçuların nüvə silahına malik olduğu vəziyyəti təsəvvür etmək mümkün deyil. Dünyanın sabahının necə olacağını qabaqcadan demək mümkün olmayacaq", - Peres bildirib.

İsrail rəhbərinin sözlərinə görə, İran ekstremist qruplara sponsorluq edir, məşq keçir və digər üsullarla onlara yardım edir. "Terror, nüvə silahı və məsuliyyətsiz hökumətin birləşməsi İranı yalnız İsrail deyil, bütün dünya üçün təhlükəyə çevirir",- o bildirib.                    

Peres qeyd edib ki, İsrailin böyük tarixi və mədəniyyəti olan ölkə kimi İrana qarşı heç bir iddiası yoxdur. Lakin, o, "Əhmədinecad rejiminin Yaxın Şərqi idarəetməyi arzulaması" ilə bağlı narahatlığını bildirib. O, regionda İran təsirinin yayılması siyasətini regional müstəmləkəçilik adlandırıb və Yaxın Şərqin ərəb dövlətlərinin,İsraildən daha çox İran və HƏMAS-dan ehtiyat etdiyini göstərib.

Xəbər lenti

Xəbər lenti