...

Azərbaycanın kommunistləri Qələbə Gününü qeyd ediblər

Siyasət Materials 9 May 2008 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 may / Trend , müxbir C.Babayeva/ Cümə günü Azərbaycanın Kommunist, Yeni Nəsil Kommunist və Sosialist Partiyasının fəalları Sovet İttifaqının faşizm üzərində qələbəsinin 63-cü ildönümünə həsr olunmuş bayram tədbiri keçiriblər. Bu barədə Trend -a Sosialist Partiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, üç partiyanın fəalları Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Bakıdakı abidəsi önünə əklil qoyub və abidə qarşısında toplaşan Böyük Vətən Müharibəsi veteranları qarşısında çıxış ediblər.

1941-1945-ci illər Böyük Vətən Müharibəsində 600 mindən artıq azərbaycanlı iştirak edib. Onlardan 300 min nəfəri döyüşlərdə həlak olub, 120 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - trend

Xəbər lenti

Xəbər lenti