Azərbaycan, Bakı, 10 may / Trend / Şənbə günü İsveçrə Konfederasiyasının prezidenti Paskal Kuşpen Bakıya rəsmi səfərə gəlmişdir. Heydər Əliyev adına beynəlxalq hava limanında prezident Paskal Kuşpeni və xanımını Azərbaycanın Baş naziri Artur Rasizadə və digər rəsmi şəxslər qarşıladılar.Qarşılanma mərasimindən sonra hava limanının qonaqlar üçün salonunda Prezident Paskal Kuşpen və Baş nazir Artur Rasizadə arasında qısa protokol söhbəti oldu.