...

Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafı həmişə ardıcıl və gözlənilən olacaq – Dövlət Dumasının sədri

Siyasət Materials 12 May 2008 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / " müxbir S.Ağayeva/ Rusiya Azərbaycan ilə əməkdaşlığın möhkəmlənməsində maraqlı olub və olacaq, 2007 və 2008-ci illərdə parlament və prezident seçkiləri isə, Rusiyada aparılan xarici siyasət kursunun varisliyini təmin edib. Bu barədə Rusiyanın Dövlət Dumasının sədri Boris Qrızlov bildirib.

" "Yoluna qoyulan siyasi proseslərdə dəyişikliklər"ə gəldikdə isə, heç bir uğursuzluq baş verməyəcək. Münasibətlərin inkişafı hər iki tərəfin - həm Rusiyanın, həm də Azərbaycanın maraqları tam nəzərə alınmaqla, ardıcıl və gözlənilən olacaq", - deyə Qrızlov Azərbaycana səfəri ərəfəsində "RİA Novosti"yə müsahibəsində bildirib.

Dövlət Dumasının sədri bildirib ki, Rusiya və Azərbaycan arasında siyasi qarşılıqlı fəaliyyətin hazırkı yüksək səviyyəsi, milli iqtisadiyyatın artan potensialı, humanitar əməkdaşlığın perspektivləri tərəfdaşlığın gələcək inkişafı üçün yaxşı əsaslardır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti