...

Azərbaycanlı gimnast beynəlxalq turnirin gümüş medalını qazanıb

Siyasət Materials 14 May 2008 11:23 (UTC +04:00)
Azərbaycanlı gimnast beynəlxalq turnirin gümüş medalını qazanıb

Azərbaycan, Bakı, 14 may / Trend , müxbir R.Ergün/ Azərbaycanlı gimnast Samirə Mustafayeva İtaliyada keçirilən beynəlxalq dərəcəli yarışda gümüş medal qazanıb. Bu barədə çərşənbə günü Trend a Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətinin rəhbəri Şahin Kazımzadə məlumat verib.

Azərbaycanlı gimnast halqa ilə hərəkətlərdə 23,8, topla hərəkətlərdə 23,85 xal toplayıb.

Turnirin qızıl medalını İtaliyadan olan idmançı qazanıb. Üçüncü yeri bolqasıtanlı gimnast tutub.

Azərbaycan gimnastları mayın 16-18-i aralığında Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək dünya kubokunda iştirak edəcəklər. Azərbaycanı bu yarışda Aliyə Qarayeva ilə Anna Qurbanova təmsil edəcək.

İtaliyanın Turin şəhərində iyunun 5-7-si aralığında təşkil olunacaq Avropa çempionatına azərbaycanlı gimnastlar da qatılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti