...

"Oksford-Azərbaycan" cəmiyyəti Oksford kitabxanalarında Azərbaycan haqda kitabları yerləşdirməyə başlayıb

Siyasət Materials 15 May 2008 02:37 (UTC +04:00)

Böyük Britaniya, London, 14 may / Trend müxbir G.Əhmədova/ "Oksford-Azərbaycan" (OXAZ) cəmiyyəti İngiltərəfinin Oksford şəhər kitabxanasına ingilis dilində informativ xarakterli kitabları və digər çap materiallarını yerləşdirməyə başlayıb. Cəmiyyətin sədri, Oksfordda təhsil alan tələbə Eldar Rüstəmov bildirib ki, kitabxanaya verilən kitabların bir çoxu Azərbaycanın ümummilli lideri Heydər Əliyevə həsr olunub.

"Yerli kitabxanalarda Azərbaycanla bağlı kitablar yoxdur. Bu kitablar oxuculara Heydər Əliyev irsini dərk etməyə və Azərbaycanla bağlı bilgiləri öyrənməyə kömək edəcəklər", - deyə o qeyd edib.

Rüstəmov bildirib ki, Böyük Britaniyada təhsil alan tələbələr dərslərdə Azərbaycan və onun mədəniyyətinin təqdimatını keçirmək üçün hər bir fürsətdən yararlanmalıdırlar. "Əgər biz azərbaycanlı tələbədər müəllimlərimiz və tələbə yoldaşlarımız üçün ölkəmiz haqda təqdimatlar keçirsək, bu, çox effektiv və faydalı olacaq", - deyə o vurğulayıb.

Cəmiyyətin birinci katibi Anar Qocayevin sözlərinə görə, "Oksford-Azərbaycan" həmçinin "Azeri News" bülleteninin xüsusi buraxılışını çap etdirib. Burada Heydər Əliyev haqda məlumatlar, foto-şəkillər və sənədlər yer alıb.

"Biz bu bülleteni Oksfordun elmi müəssisələrində və ictimai yerlərdə yerləşdirmişik", - deyə o əlavə edib.

"Oksford-Azərbaycan" cəmiyyəti bu ilin fevralında Oksford şəhərində yaradılıb. Rəsmi mərasim və Oksfordda təhsil alan azərbaycanlı gənclərin ilk iclası mayın 24-də şəhər meriyasının binasında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti