...

Azərbaycan prezidentinin Ukraynaya səfəri çərçivəsində rəsmi tədbirlər mayın 22-də keçiriləcək

Siyasət Materials 21 May 2008 12:19 (UTC +04:00)
Azərbaycan prezidentinin Ukraynaya səfəri çərçivəsində rəsmi tədbirlər mayın 22-də keçiriləcək

Ukrayna, Kiyev, 21 may / Trend , müxbir Z.Novosvitskiy/ Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri çərçivəsində rəsmi tədbirlər mayın 22-də keçiriləcək. Bu barədə Ukrayna prezidentinin mətbuat xidmətindən bildiriblər.

Mayın 22-də Kiyev vaxtı ilə saat 11:00-da Ukrayna prezidenti katibliyi qarşısında Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi başlanacaq. Bundan sonra iki prezidentin təkbətək görüşü planlaşdırılıb. Görüş qurtardıqdan sonra iki dövlət başçısı arasında bir-birlərinə dövlət mükafatlarının təqdim edilmə mərasimi baş tutacaq.

Sonra Ukrayna və Azərbaycan prezidentlərinin həmsədrliyi ilə geniş formatda Ukrayna-Azərbaycan danışıqları başlanacaq. Danışıqlar zamanı siyasi, ticarət, iqtisadiyyat və mədəni sahələrdə ikitərəfli əməkdaşlığın geniş formatlı müzakirəsi gözlənilir.

Gündəlikdə Ukrayna və Azərbaycan Şurasının Nizamnaməsinin qəbul edilməsi, Ukrayna və Azərbaycan arasında dostluq və strateji əməkdaşlıq barədə Bəyannamənin imzalanması, habelə informasiya texnologiyaları sahəsində və dövlət xidmətinin inkişafı səhəsində hökumətlərarası sazişin imzalanması nəzərdə tutulur.

Bundan əlavə, 2008-2009-cu illər üçün nəzərdə tutulan Ukraynanın Ailə İşləri üzrə Nazirliyi və Azərbaycanın Gənclər və İdman Nazirliyi arasında gənclər siyasəti və idman səhəsində əməkdaşlıq Proqramının qəbul edilməsi planlaşdırılır.

Həmçinin, 2008-2012-ci illər üçün Ukraynanın Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlıq barədə Protokolun imzalanması da nəzərdə tutulur.

İki ölkə prezidentləri beynəlxalq xarakterli aktual məsələləri, o cümlədən GUAM çərçivəsində əməkdaşlığın intesivləşdirilməsi məsələsini müzakirə edəcəklər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti