...

İsrail - Suriya sülh danışıqları bərpa olunub

Siyasət Materials 21 May 2008 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı,21 may / Trend , müxbir R.Abdullayev,R.Hafizoğlu/ Suriyanın Colan yuksəkliklərinin 1967-ci ildə İsrail tərfəindən işğal edilməsindən sonra, tərəflər ilk dəfə çərşənbə axşamı sülh danışışlarını bərpa ediblər. Danışıqlarda Türkiyə vasitəçilik edir. Bu haqda çərşənbə günü "Al-Jazeera" telekanalı İsrailin Baş naziri Ehud Olmeritin mətbuat katibliyinə istinadən məlumat verib.

İsrail XİN rəsmisi Eddi Şapira çərşənbə axşamı Trend -a danışıqların bərpasını təsdiqləyib, amma hər hansı təfərrüatını açıqlamayıb.

Türkiyənin İsraildəki səfiri Namiq Tan da çərşənbə axşamı Trend -a İsrail və Süriyanın rəsmi Ankaranın vasitəçiliyi ilə sülh danışıqlarının bərpa edildiyini təsdiqləyib.

Suriyanın "SANA" informasiya agentliyinin verdiyi məlumata görə ,Suriya XİN-nin mətbuat katibliyi də ikitərəfli sülh danışıqlarının bərpa edilməsi xəbərini təsdiq edib.

Suriya prezidenti Bəşşar Əsəd aprelin 25-də keçirdiyi mətbuat konfransında bildirmişdi ki, 2007-ci il aprelin 27-dən etibarən, Ankara Suriya və İsrail arasında danışıqlardda vasitəçilik edir.

Suriya prezidenti Qətərin "Əl-Vətən" agentliyinə aprelin 26 də verdiyi müsahibəsində deyib ki, Türkiyənin Baş naziri Ərdoğanla görüşündə İsrail tərəfi Colan yuksəkliklərini Suriyaya qaytarmağa hazır olduğunu bildirmişdi.

Məqalənin müəllifi ilə [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Xəbər lenti

Xəbər lenti