...

Gürcüstan müxalifəti yeni seçilmiş parlamenti boykot etməyə hazırlaşır - müxalifət lideri

Siyasət Materials 23 May 2008 11:47 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 may / Trend , müxbir N.Kirtsxalıya/ Gürcüstanın müxalifət partiyaları yeni seçilmış parlamenti boykot etməyə hazırlaşır. Parlament seçkilərində hakimiyyət konstitusiya əksəriyyətini alacaq.

Parlamentə daxil olmuş müxalifət partiyaları ali qanunverici orqanda öz yerlərindən imtina edə bilər. Bu haqda Birləşmiş müxalifətin lideri David Qamkrelidze cümə günü jurnalistlərə bildirib.

Hazırda parlamentə üç müxalifət partiyaları daxil olub - Birləşmiş müxalifət - 17, 65 faiz, Xristian-Demokratik Hərəkatı - 8,22 faiz və Leyboristlər - 7,56 faiz.

"Biz parlament seçkilərinin qanuniliyini qəbul etmirik və digər müxalifət partiyaları ilə danışıqlar aparırıq, seçkilər total olaraq saxtalaşdırılıb", - o bəyan edib.

Bu arada leyboristlər parlamenti boykot edəcəklərini artıq bəyan ediblər.

Xristian-Demokratik Hərəkatın lideri Qiorqi Tarqamadze bəyan edib ki, partiya həm etirazın dinc formasını, həm də məsləhət predmetini dəstəkləyəcək.

Müxalifət məsləhətləşmələrində beş faizlik səddi aşan Respublikaçılar da fəal iştirak etmək niyyətindədirlər.

MSK-nın sədri Zurab Kaçkaçışvili bu gün bəyan edib ki, iqtidar partiyası - VMH parlamentdə konstitusiya əksəriyyətini alacaq. Onun sözlərinə görə, hesablanan bülletenlərin əsasında VMH-nın parlamentdə 150 millət vəkilindən ibarət 120 mandat alacağı ehtimal olunur. Konstitusiya əksəriyyətini almaq üçün üçdə iki səs toplamaq lazımdır.

Xəbər lenti

Xəbər lenti