Azərbaycan, Bakı, 27 may / Trend , müxbir E.Babayev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) çərşənbə axşamı keçirilən iclasında yeni tərtib olunan seçici siyahılarını təsdiqləyib. "Təsdiq olunan siyahıya əsasən, siyahıda 4 milyon 834 min 584 seçici qeydə alınıb" -çərşənbə axşamı keçirilən iclasda MSK-nın sədri Məzahir Pənahov bildirib.
Trend -un arayışı: Ötən il tərtib olunan seçici siyahısında 4 mln.600 mindən çox seçici qeydə alınmışdı.
Pənahov deyib ki, sonuncu tərtib olunan seçici siyahısı ötən ilkilərdən daha mükəmməldir. Siyahıya düşən seçicilərin 52 faizi qadın, 48 faizi isə kişidir.
İclasda çıxış edən müxalif Ümid Partiyasının MSK-dakı nümayəndəsi Akif Qurbanov deyib ki, o, dairə seçki komissiyalarının tərtib etdiyi siyahıları əldə edib. "Mənim hesabıma görə, MSK DSK-ların tərtib etdiyi siyahılardan fərqli olaraq rəqəmləri şişirdib. MSK-nın təsdiq etdiyi siyahıda 159 min 654 seçici çoxdur"- Qurbanov əlavə edib.
MSK sədri, öz növbəsində, həmkarına riyazi hesablamalarda səhvə yol verdiyini xatırladıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]