...

Prezident İlham Əliyev Səbail rayonu ərazisində yenidən qurulmuş bağla tanış olub

Siyasət Materials 27 May 2008 20:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may/ Trend / Prezident İlham Əliyev çərşənbə axşamı Bakının Mehdi Hüseyn və Lermontov küçələri arasındakı ərazidə - Nazirlər Kabineti qarşısında yerləşən və əsaslı şəkildə yenidən qurulmuş bağla tanış olub. Prezidentə göörülmüş işlər barədə ətraflı məlumat verilib. Bağda yeni yaşıllıqlar zolağı salınıb, , müxtəlif bəzək kolları və güllər əkilib. Burada istiyə və rütubətə davamlı xüsusi materiallardan hazırlanmış oturacaqlar qoyulub, müasir işıqlandırma sistemi quraşdırılıb. Prezident İlham Əliyev bağda yenidənqurma işlərini aparan mütəxəssislərlə söhbət edib, xüsusi istirahət guşəsi ilə də tanış olub, isti yay günlərində bağa sərinlik gətirən hovuz və fəvvarələrə baxıb.

Xəbər lenti

Xəbər lenti