...

Azərbaycanın prezidenti Finlandiyaya rəsmi səfərə gəlmişdir

Siyasət Materials 28 May 2008 23:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may / Trend / Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Finlandiyaya rəsmi səfərə gəlmişdir.

Helsinki beynəlxalq hava limanında dövlətimizin başçısının yüksək vəzifəli rəsmi şəxsləri böyük hörmət və ehtiramla qarşıladılar.

Dövlətimizin başçısı hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.

Mayın 28-30-da baş tutacaq səfər zamanı İlham Əliyev Finlandiya prezidenti Tarya Halonenlə görüşəcək, parlamentdə olacaq və "Paasikivi" Cəmiyyətində muhazirə ilə çıxış edəcək. Cümə günü, mayın 30-da prezident İlham Əliyev Baş nazir Matti Vanhanenlə görüşəcək.

Xanım Halonenin Azərbaycana ilk səfəri 2005-ci ilin sentyabr ayında baş tutub. O, 2000-ci ildən Finlandiya prezidenti postunu tutur.

Neft və qaz idxal edən Finlandiya Azərbaycan ilə energetika sahəsində əməkdaşlığın inkişafında maraqlıdır. Bu ölkə atom enerjisi sahəsində dünya üzrə liderdir və hazırda burada dünyanın ən iri atom stansiyası inşa edilir.

Xəbər lenti

Xəbər lenti