...

Azərbaycan və Finlandiya iqtisadi əməkdaşlıq etmək niyyətindədirlər

Siyasət Materials 29 May 2008 19:05 (UTC +04:00)
Azərbaycan və Finlandiya iqtisadi əməkdaşlıq etmək niyyətindədirlər

Azərbaycan, Bakı, 29 may/ Trend , müxbir M.Əliyev/ Azərbaycan və Finlandiya prezidentləri İlham Əliyev və Tarya Halonenin cümə axşamı Helsinkidə keçirilən görüşündə ikitərəfli iqtisadi əməkdaşlıq əsas müzakirə mövzularından biri olub.

"Finlandiya Azərbaycan sahibkarlarını qəbul etməyə hazırdır", - Finlandiya prezidenti Azərbaycan prezidenti ilə danışıqların yekunları üzrə mətbuat konfransında bildirib.

Tərəflər Azərbaycan və Finlandiya arasında mal dövriyyəsinin artırılması imkanlarını müzakirə ediblər. "Finlandiyanın özünün enerji ehtiyatlarının olmasa da, bizim enerji layihələrində iştiraka dair təcrübəmiz var", - xanım Halonen qeyd edib.

Azərbaycan prezidenti Finlandiyaya birinci səfərinin yekunlarına dair mətbuat konfransında ölkələr arasında iqtisadi münasibətlərin səviyyəsini qaldırmağın vacib olduğunu vurğulayıb.

"Azərbaycanın iqtisadi potensialı artır, ölkə digər dövlətlərə 2,5 mlrd. dollar həcmində sərmayə yatırıb. Xarici sərmayədarların Azərbaycanda fəaliyyət göstərmələri üçün problem yoxdur. Azərbaycanın dövlət investisiya siyasəti altı mlrd. dollar təşkil edir", - İlham Əliyev söyləyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti