...

Azərbaycan və Polşa mütəşəkkil cinayətkarlıqla mübarızəyə dair əməkdaşlıq sazişi imzalayıb

Siyasət Materials 5 İyun 2008 17:42 (UTC +04:00)
Azərbaycan və Polşa mütəşəkkil cinayətkarlıqla mübarızəyə dair əməkdaşlıq sazişi imzalayıb

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir S.Ağayeva/ Azərbaycan və Polşa mütəşəkkil cinayətkarlıqla birgə mübarizə aparacaqlar. Bu sahədə hökumətlərarası əməkdaşlıq haqqında saziş Varşavada imzalanıb. Bu barədə Azərbaycanın Polşadaki səfiri Vilayət Quliyev cümə axşamı Trend -a bildirib.

Sənəd Azərbaycanın daxili işlər naziri Ramil Usubovun Polşaya rəsmi səfəri çərçivəsində imzalanıb. Nazir iyunun 3 -5-dək Varşavada rəsmi səfərdə olub.

Azərbaycan DİN rəhbəri səfərin gedişində Polşanın daxili işlər və administrasiya naziri, Milli Təhlükəsizlik Bürosunun rəisi və Varşava Baş Polis İdarəsinin rəhbəri ilə görüşüb.

Azərbaycan nazirini Polşanın prezidenti Lex Kaçinski qəbul edib.

Görüşlərdə iki ölkənin təhlükəsizliyinin təmin edilməsində, beynəlxalq terrorizm və transmilli cinayətkarlıqla mübarizədə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti