Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın qərbində yerləşən Gəncə şəhəri Polis İdarəsinə yeni rəis təyin olunub. Bu barədə bazar ertəsi Gəncə şəhər Polis İdarəsindən məlumat verilib.
Trend -un arayışı: Gəncənin Yol Polisi İdarəsinin rəisi Adil Zeynalov iki-üç ay öncə tutduğu vəzifəsindən uzaqlaşdırılıb. Daxili İşlər Nazirliyindən Zeynalovun yaş həddinə görə vəzifəsindən azad edildiyi bildirilib.
Məlumata görə, Gəncə şəhər Polis İdarəsinə yeni rəis vəzifəsinə Fazil Cəfərov təyin edilib. Cəfərov bu vəzifəyə təyin olunmazdan öncə Tovuz rayonu Yol Polisi İdarəsinin rəisi vəzifəsində çalışıb.
Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]