...

Azərbaycanın müxalifət partiyası piketin vaxtını müəyyənləşdirib

Siyasət Materials 9 İyun 2008 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalif Müsavat Partiyası iyunun 17- də Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirəcək. Bu barədə bazar ertəsi Trend -a Müsavatın Divanının iclasından partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Trend -un arayışı: Müsavat mayın 18-nə təyin etdiyi aksiyanı təxirə salıb. Buna səbəb kimi Bakı Şəhər İcra Hakimiyyətinin aksiyanın partiyanın istədiyi yerlərdə (Füzuli meydanı, "Təbriz" (keçmiş "Sevinc") kino-teatrı, Ukrayna meydanı, keçmiş "Qələbə" kinoteatrının və "Nərimanov" metrostansiyasının qarşısı) yox, "Bibiheybət" qəsəbəsində keçirilməsinə icazə verməsi göstərilib. Bundan əvvəl də Müsavat mayın 4-nə təyin etdiyi aksiyanı eyni səbəbdən təxirə salmışdı. Bundan sonra partiya Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

Hacılı bildirib ki, piketdə meriyanın aksiyaların keçirilməsinə şərait yaratmamasına etiraz olunacaq və bu addımın qeyri-qanuni olduğu bir daha nəzərə çatdırılacaq.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti