...

Azərbaycan parlamenti yerli Qeyri-Hökumət Təşkilatlarına seçkilər zamanı "exit – poll" keçirməyə icazə verib

Siyasət Materials 13 İyun 2008 18:39 (UTC +04:00)
Azərbaycan parlamenti yerli Qeyri-Hökumət Təşkilatlarına seçkilər zamanı "exit – poll" keçirməyə icazə verib

Azərbaycan, Bakı, 13 iyun/ "Tr müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti yerli qeyri - hökumət təşkilatlarına (QHT) seçkilər zamanı "exit - poll" keçirməyə icazə verib. "Yerli QHT seçkilər zamanı həm təkbaşına, həm də xarici təşkilatlarla birgə "exit-poll" keçirə bilərlər", - deyə parlamentin cümə günü keçirilən iclasında hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komisiyasının sədri Əli Hüseynov bildirib.

Trend -un məlumatına görə, parlamentin cümə günü keçirilən iclasında "QHT haqqında" Qanuna dəyişiklik edilib. 2005-ci ilin parlament seçkiləri zamanı ilk dəfə olaraq Qeyri- Hökumət Təşkilatlarına seçkilərdə müşahidə aparmağa icazə verilib.

"Azərbaycanda qeyrihökümət təşkilatlarının inkişafı üçün dövlət tərəfindən bir sıra addımlar atılıb. Yerli təşkilatlara xarici təşkilatlarla birgə "exit-poll" keçirilməsinə icazə verilməsi bu sahənin inkişafını daha da sürətləndirəcək", - komissiya sədri bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti