...

Ukrayna müxalifəti düşünür ki,YTB yeni koalisiyanın formalaşmasından qorxaraq, parlament tribunasını bağlayıb

Siyasət Materials 19 İyun 2008 15:55 (UTC +04:00)

Ukrayna, Kiyev, 19 iyun/ Trend müxbir Z.Novosvitski/ Yuliya Timoşenko Bloku (YTB) parlamentin işini bağlayıb, belə ki, Ali Radada yeni koalisiyanın formalaşacağından qorxur. Ali Radada müxalif Regionlar partiyası fraksiyası rəhbərinin müavini Aleksandr Yefremov belə hesab edir.

Yefremov jurnalistlərə müsahibəsində bildirib ki, Ali Rada sədrinin kabinetində aparılan məsləhətləşmələr zamanı parlamentin işinin davam etdirilməsi məsələsi müzakirə edilib.

Hazırki koalisiyaya daxil olmayan deputatlar işi bu gün və sabah, həmçinin, növbəti həftə davam etdirməyi təklif ediblər.

"Lakin koalisiya nümayəndələri YTB-in köməyi ilə parlamentin işini bağlamaqdan başqa yaxşı heç bir şey tapmadılar", - Yefremov bildirib.

O qeyd edib ki, YTB rəsmi səbəb kimi imperativ mandata dair qanun layihəsinin dəstəklənmədiyini göstərib. "Mən başa düşürəm ki, onlar çoxluğun olmamasından ehtiyat edir və qorxurlar ki, digər deputatlar başqa koalisiyada birləşə və bu gün onları qane etməyən qanun layihələrini qəbul edə bilərlər", - deputat söyləyib.

Yefremov vurğulayıb ki, koalisiyanın mövcudluğu məsələsi, demək olar ki, gündəlikdə deyil.

"Bütün tərəflər etiraf ediblər ki, bu gün koalisiyada çoxluq yoxdur", - o bildirib və əlavə edib ki, mövqelərdəki fərq hər bir tərəfin müxtəlif hüquqi təsdiq formaları, eləcə də Konstitusiya Məhkəməsinin qərarını tələb etməsindən ibarətdir.

Partiya rəsmisi onu da bildirib ki, YTB və BU-XÖ fraksiyaları blokun lideri Litvin Vladimir Litvinin növbəti həftə prezident və Baş nazirin iştirakı ilə xüsusi iclasın keçirilməsi fikrini dəstəkləməyiblər, belə ki, münaqişə mənbəyi "qismən parlamentdən kənardadır".

Ali Radanın sədri Arseni Yaçenyuk iyunun 19-da, Yuliya Timoşenko Blokunun parlamentin işini bağlamasından sonra, səhər iclasını bağlayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti