...

Ukrayna prezidenti Azərbaycana bir günlük səfər edəcək – səfir

Siyasət Materials 21 İyun 2008 13:23 (UTC +04:00)
Ukrayna prezidenti Azərbaycana bir günlük səfər edəcək – səfir

Azərbaycan, Bakı, 21 iyun / Trend , müxbir S.Ağayeva / İyunun 30 -da, Ukrayna prezidenti Viktor Yuşşenkonun Bakıya bir günlük işgüzar səfəri çərçivəsində, yüksək səviyyədə Azərbaycan-Ukrayna danışıqları keçiriləcək. Bu barədə şənbə günü Trend -a Azərbaycanın Kiyevdəki səfiri Tələt Əliyev telefonla məlumat verib.

Azərbaycan prezidenti İlham Əliyev ilə danışıqlar zamanı ikitərəfli və regional əməkdaşlıq üzrə kompleks məsələlər müzakirə olunacaq.

Ukrayna və Azərbaycan prezidentləri Bakıda "Dostluq" kino-teatırı ilə üzbəüz parkda böyük Ukrayna şairi Taras Şevçenkonun abidəsini açacaqlar.

Səfir bildirib ki, Ukrayna və Azərbaycan prezidentlərinin Bakıdan, iyulun 1-2-də "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM" dövlət rəhbərlərinin sammitinin keçiriləcəyi Gürcüstana gedəcəkləri planlaşdırılır.

GUAM ölkə rəhbərlərindən başqa, sammitin işində Polşa, Rumıniya, Litva prezidentləri, Bolqarıstanın vitse-prezidenti, Estoniyanın vitse-spikeri, eləcə də Latviya, Estoniya, Qazaxıstan, Türkiyə, Avropa Komissiyası, digər dövlət və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı gözlənilir.

Müəlliflə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti