...

İrandan Azərbaycana heroin keçirən Türkiyə vətəndaşı saxlanılıb

Siyasət Materials 23 İyun 2008 15:57 (UTC +04:00)
İrandan Azərbaycana heroin keçirən Türkiyə vətəndaşı saxlanılıb

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir K.Zərbəliyeva/ Milli Təhlükəsizlik Nazirliyivə Dövlət Gömrük Komitəsinin birgə keçirdiyi əməliyyat zamanı , qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə, buradan da Avropaya ötürülməsi nəzərdə tutulan 41 kiloqramdan artıq heroin qanunsuz dövriyyədən çıxarılıb.

Hər iki qurumun mətbuat xidmətinin bazar ertəsi birgə yaydığı məlumata görə, Türkiyə vətəndaşları Çengiz Çeftçi, Mehmet Balıqçıoğlu və qeyriləri satış məqsədilə külli miqdarda heroini qaçaqmalçılıq yolu ilə, gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə gətirib.

Çeftçinin idarə etdiyi "VOLVO" markalı yük avtomobilinə rəsmi olaraq Qazaxıstana aparmaq üçün tikinti materialları yüklənib və İran ərazisinə keçirilib.

Balıqçıoğlu həmin narkotik vasitələri Azərbaycan ərazisinə aparmağı, buradan isə, bərə ilə Qazaxıstana keçərək, rəsmi yükü boşaltdıqdan sonar, narkotikləri, telefonla deyəcəyi şəxsə vermək barədə Çeftçini təlimatlandırıb.

"Astara" gömrük - keçid məntəqəsi ərazisində Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində, Çeftçinin idarə etdiyi yük avtomobili saxlanılıb, baxış zamanı avtomobilin gizli saxlanc yerindən ümumi çəkisi 41 kq 274 qram narkotik vasitə olan heroin aşkar olunub.

Faktla bağlı MTN-in İstintaq Baş İdarəsi Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı (206.3.2-ci), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqlarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma (234.4.1 və 234.4.3-cü) maddələri ilə cinayət işi başlanıb.

Çeftçi Cengiz Mehmet oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti