...

Bakıda beşotaqlı mənzil neçəyədir?

Siyasət Materials 23 İyun 2008 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul/ Trend , müxbir Ü.İsmayılova/ Bakıda sahəsi , orta hesabla, 157, 9 kv. m olan beşotaqlı mənzilin minimal orta qiyməti hazırda $254,5 mindir. Bakı üzrə yeni tikilən binada analoji sahəyə malik təmirli mənzil $244,7 minə, təmirsiz -$173,6 minə başa gələcək.

Əhali məhz yeni tikilən çoxmərtəbəli binlarda mənzil almağa üstünlük verir. Belə ki, təkrar daşınmaz əmlak bazarında mənzillər baha başa gəlir. Nümunə kimi, Bakının arxitektura binasında 157,9 kvadratmetrlik beşotaqlı mənzilin qiyməti $416,3 minədir.

Daşınmaz əmlak bazarı portfelində beşotaqlı mənzillərin payı 16 faizdir.

Ən bahalı beşotaqlı mənzili $386,3 minə mərkəzdə - Bakının Səbayıl rayonunda almaq olar. Burada mənzilin bir kvadrat metri, orta hesabla, $2447-ə başa gəlir. Ən ucuz mənzili isə $170,8 minə, Bakının ucqar Abşeron rayonunda almaq olar. Bir kvadrat metrin qiyməti $1082-ə başa gəlir.

Bakınən Əzizbəyov rayonunda bir kvadrat metr mənzil sahəsinin qiyməti $1112, Binəqədi - $1630, Qaradağ - $1449, Yasamal - $1762, Nizami - $1508, Nərimanov - $1831, Nəsimi - $1935, Sabunçu - $1462, Suraxanı - $1137, Xətai - $1391 təşkil edir.

2007-ci ilin avqustunda 25 nəfərin ölümünə səbəb olmuş , tikilməkdə olan binanın uçmasından sonra, Bakının ilkin mənzil bazarı fəallığının üçdə birini dərhal itirsə də, artıq 2008-ci ilin ilk aylarından əhali təzə tikilən binalarda mənzil almağa başlayıb. Mənzillərin qiymətinin artması buna dəlalət edir. Tələbat, əsasən, təkrar bazarla müqayisədə, yeni tikilən binlarda mənzillərin qiymətinin nisbətən aşağı olması, onlarda mərkəzləşdirilmiş ventilyasiya, istimə sistemlərinin, İnternetə yüksək sürətli çıxışın, peyk televiziyasının olması ilə də bağlıdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti