...

Azərbaycan Müdafiə Nazirliyi hərbi paradda nümayiş etdiriləcək texnikanın siyahısını açıqlayıb

Siyasət Materials 25 İyun 2008 12:10 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi hərbi paradda nümayiş etdiriləcək texnikanın siyahısını açıqlayıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 iyun/ Trend , müxbir E.Babayev / İyunun 26-da "Azadlıq" meydanında keçiriləcək hərbi paradda Azərbaycan Silahlı Qüvvələrinin 4510 nəfərdən ibarət şəxsi heyətinin iştirakı nəzərdə tutulur. Bu barədə çərşənbə günü Trend -a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məlumat verib.

Trend -un arayışı: Bu il Azərbaycanda Silahlı Qüvvələrin yaranmasının 90 illiyi qeyd olunur. 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Əlahiddə Azərbaycan Korpusu təşkil olunub. Bu, ilk silahlı qüvvələrimiz olduğu üçün korpusun yaradılması ordumuzun bayramı kimi qeyd olunur. Azərbaycan prezidentinin 22 may 1998-ci il fərmanı ilə hər il iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü kimi qeyd edilir.

Sabiroğlu bildirib ki, paradda 210 ədəd modernləşdirilmiş döyüş texnikası, 19 vertolyot, 25 təyyarə, 31 gəmi və kater nümayiş etdiriləcək.

Hərbi paradın saat 10-da başlanması planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti