...

Azərbaycan işğal olunmuş ərazilərinin qaytarılması üçün həmişə hazır olmalıdır - prezident İlham Əliyev

Siyasət Materials 26 İyun 2008 13:23 (UTC +04:00)
Azərbaycan işğal olunmuş ərazilərinin qaytarılması üçün həmişə hazır olmalıdır - prezident İlham Əliyev

Azərbaycan, Bakı, 26 iyun/ Trend / Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üzrə sülh danışıqlarında irəliləyiş var, lakin bununla paralel olaraq Azərbaycan işğal olunmuş ərazilərinin qaytarılması üçün öz ordusunu gücləndirəcək. Bu barədə çümə axşamı hərbçilər qarşısında çıxış edən prezident İlham Əliyev bildirib.

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir. Bununla bağlı "Azadlıq" meydanında hərbi parad keçirilir.

Prezident Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycanın 20% ərazisini itirməsini və təxminən 1 milyon insanın evsiz-eşiksiz qalmasını, doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsini xatırladıb.

"Danışıqlar daima davam edə bilməz və Azərbaycan xalqı bundan artıq yorulub", - dövlət başçısı bildirib.

Onun sözlərinə görə, nə qədər ki, irəliləyişlər var, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar davam etdiriləcək, lakin paralel olaraq ölkənin hərbi potensialı da gücləndiriləcək. "Bu gün Azərbaycan ordusu regionun ən güclü ordusudur", - prezident bildirib.

Prezidentin vurğulayıb ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkibində tanıyır, belə ki, tarix və beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər bunu sübut edir.

Bu gün keçirilən hərbi paradda Azərbaycan Silahlı Qüvvələrinin 4510 nəfərdən ibarət şəxsi heyəti iştirak edir. Eyni zamanda, parada 210 ədəd modernləşdirilmiş döyüş texnikası, 19 vertolyot, 25 təyyarə, 31 gəmi və kater çıxarılır.

Xəbər lenti

Xəbər lenti