...

Oktyabrda keçiriləcək prezident seçkisi Azərbaycanın beynəlxalq standartlara uyğunlaşması baxımından misilsiz imkandır – ABŞ Dövlət Katibinin köməkçisi

Siyasət Materials 27 İyun 2008 20:53 (UTC +04:00)
Oktyabrda keçiriləcək prezident seçkisi Azərbaycanın beynəlxalq standartlara uyğunlaşması baxımından misilsiz imkandır – ABŞ Dövlət Katibinin köməkçisi

Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir İ.Əlizadə/ ABŞ hesab edir ki, bu ilin oktyabrında keçiriləcək prezident seçkisi Azərbaycanın beynəlxalq standartlara, o cümlədən ATƏT- in meyarlarına uyğunlaşması və əməl etməsi baxımından misilsiz imkanlar yaradır. "Seçkilərin qiymətləndirilməsi yalnız səslərin toplanması meyarı üzərində qurulmayacaq. Seçkilərə ümumu qiymət kampaniyanın həyata keçirilməsi, səslərin qeydiyatı, medianın işləməsi üçün imkanların olması, mətbuata çıxış meyarlarına əsasən verilir", - deyə cümə günü Bakıda jurnalistlərə açıqlamasında ABŞ Dövlət Katibinin demokratiya və insan haqları üzrə köməkçisi Devid Kremer bildirib.

Trend -un məlumatına görə, cümə günü Bakıda demokratiya və insan haqlarına dair 6- cı Azərbaycan-ABŞ dialoqu keçirilib. Kremerin rəhbərlik etdiyi nümayəndə heyəti dialoq çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Kremer qeyd edib ki, ABŞ Azərbaycanda keçiriləcək prezident seçkisində yuxarıda qeyd olunan meyarların təsdiq olunmasını istəyir.

Dövlət Katibinin köməkçisi bildirib ki, demokratiya və insan haqlarına dair 6- cı Azərbaycan-ABŞ dialoqu çox konstruktiv və açıq keçirilib.

"Hesab edirik ki, belə dialoq, müzakirə və konstruktiv danışıqların keçirilməsi çox önəmlidir. Dialoq çərçivəsində müxtəlif məsələləri, o cümlədən bu ilin oktyabrında keçiriləcək prezident seçkisi, media azadlığı iləbağlı ,ümumilikdə demokratiya və insan haqqlarına aid olan digər məsələləri müzakirə etdik", - deyə ABŞ Dövlət Katibinin köməkçisi aləvə edib.

Onun sözlərinə görə, müzakirələrdə ABŞ-ı narahat edən məsələlərə də toxunulub: "Çox maraq doğuran məqamlardan biri media azadlığına aid olan məsələdir. ABŞ hesab edir ki, jurnalistlərə qarşı hücum, təzyiq edənlər qanun qarşısında cavab verməlidirlər". Kremer vurğulayıb ki, ABŞ- Azərbaycan əlaqələri çox güclü əlaqələr kimi qiymətləndirirlər, xüsusən də bu əlaqələr enerji və təhlükəsizlik səhəsində. "Lakin qeyd etmək istərdik ki, bu sahələrin inkişafı ilə paralel olaraq, demokratiya və insan haqları sahələri də güclənməlidir. Demokratiya və insan haqları sahələrində irəliləyişlər arzulayırıq və gözləyirik", - Dövlət Katibinin köməkçisi bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti