...

Azərbaycan prezidenti їHərbi qulluqçuların statusu haqqındaї, їDövlət qulluğu haqqındaї və їƏdliyyə orqanlarında qulluq keçmə haqqındaї qanunlarında dəyişikliklər edilməsi barədə fərman imzalayıb

Siyasət Materials 30 İyun 2008 23:54 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev їHərbi qulluqçuların statusu haqqındaї, їDövlət qulluğu haqqındaї və їƏdliyyə orqanlarında qulluq keçmə haqqındaї qanunlarında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının їHərbi qulluçuların statusu haqqındaї, їDövlət qulluğu haqqındaї və їƏdliyyə orqanlarında qulluq keçmə haqqındaї qanunlarında dəyişikliklər edilməsi barədə qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb dövlət başçısına təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə prezidentə məlumat versin;

Öz səlahiyyətləri daxilində їHərbi qulluqçuların statusu haqqındaї, їDövlət qulluğu haqqındaї və їƏdliyyə orqanlarında qulluq keçmə haqqındaї qanunlarında їDəyişikliklər edilməsi barədəї Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti