...

Pakistan parlamenti Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasına dair BMT qətnamələrinin yerinə yetirilməsini istəyir

Siyasət Materials 7 İyul 2008 11:34 (UTC +04:00)
Pakistan parlamenti Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasına dair BMT qətnamələrinin yerinə yetirilməsini istəyir

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir İ.Əlizada/ Pakistan Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən qəbul edilən qətnamələrin yerinə yetirilməsini tələb edir.

"Azərbaycan təcavüzün qurbanıdır", bazar ertəsi Bakıda jurnalistlərə Pakistan Senatının Xarici Əlaqələr Komitəsinin sədri Müşahid Hüseyn Səid bildirib.

Trend -un arayışı: BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan Silahlı Qüvvələrinin dərhal və danışıqsız çıxarılmasına dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib.

Qətnamələrin qəbul edilməsinə baxmayaraq, Ermənistan öz silahlı birləşmələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmayıb.

Onun sözlərinə görə, Pakistan bu qətnamələrin qəbul olunmasına lobbiçilik edib və həmin qətnamələrin yerinə yetirilməsini dəstəkləyir.

Səidin rəhbərlik etdiyi Pakistan Senatının nümayəndə heyəti bu gündən Azərbaycana səfərə gəlib. Nümayəndə heyətinə Pakistan Senatında təmsil olunan 5 siyasi partiyanın nümayəndələri daxildir.

Pakistanlı parlamentarilərin Azərbaycana səfərində məqsəd iki ölkənin parlamenti, hökuməti və xalqları arasında yüksək səviyyədə olan münasibətləri daha da möhkəmləndirməkdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti