...

Moskva Gürcüstandakı münaqişələrin tənzimlənməsində maraqlı deyil - ekspertlər

Siyasət Materials 11 İyul 2008 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul/ Trend , müxbirlər E.Tariverdiyeva, R.Ağayev/Rusiya Gürcüstandakı münaqişələrin tənzimlənməsində və bu ölkənin NATO-ya daxil olmasında maraqlı deyil. Buna görə də gürcü-abxaz və gürcü-osetin münaqişələri ilə bağlı təxribatlar törədir, - ekspertlər  belə hesab edirlər. "Moskva hesab edir ki, Gürcüstan öz ayrılmış regionlıarı ilə münaqişə aparanadək, NATO-ya buraxılmayacaq. Bu səbəbdən Rusiya gürcü böhranının tənzimlənməsində maraqlı deyil",- Rusiya üzrə amerikali ekspert Mark Kas (Mark N. Katz) deyib.

Son həftə ərzində Cənubi Osetiya və Abxaziyanın rəsmi Tbilisi ilə fikir ayrılığı hərbi qarşıdurma xarakteri alıb.Qalidəki terror aktından və Sxinvalidəki atışmadan sonra qanunsuz birləşmələr Tbilisini vəziyyəti gərginləşdirməkdə günahlandırıblar. Tbilisi, öz növbəsində, bu hadisələrlə bağlı olmadığını bildirib və terror aktlarında Rusiyanı və qondarma rejimləri günahlandırıb.

Rusiyanın addımları Gürcüstan ərazisində münaqişələrin tənzimlənməsinə kömək etmir, - cümə axşamı Gürcüstanda olarkən ABŞ-ın Dövlət Katibi Kondoliza Rays bildirib və ABŞ-ın vəziyyətin tənzimlənməsi prosesinə aktiv qoşulmasına hazır olduğunu əlavə edib.

Kas hesab edir ki, məhz Rusiya gürcü böhranının əsas səbəbkarıdır. "Rusiyanın güclü dəstəyi olmadan, Abxaziya və Cənubi Osetiyanın ayrılmasından söhbət gedə bilməz. Rusiya separatçılara yardımı dayandırmaqla, böhranı həll edə bilər",- cümə günü Trend -a elektron poçtla Corc Menson Univrsitetinin siyasət professoru Kas deyib. Lakin politoloqun fikrincə, Rusiya çətin ki, bunu etsin.

Kasın fikrincə, münaqişənin əsas səbəbi odur ki: "Rusiya Gürcüstana nisbətən özünü daha çox təxribatçı kimi aparır. Yəqin bu səbəbdən, Qərb haqlı olaraq təhlükəni məhz Rusiyada görür",- Kas bildirib. O, daha sonra əlavə edərək bildirib ki, Gürcüstan Rusiaynın təxribatlarına sakit reaksiya versə və vəziyyəti gərginləşdirməsə, yəqin ki, Qərb məhz Tbilisini dəstəkləyəcək. Bu halda isə, ABŞ və Rusiyanın Gürcüstan məsələsində maraqları toqquşacaq.

Moskva Karnegi Mərkəzinin eksperti Aleksey Malaşenko da hesab edir ki, Moskva bu münaqişədə iştirakçı kimi qalmaq istəyir. "Sülhməramlılar Gürcüstan ərazisində olan Rusiya qoşunlarıdır", - Trend -a Malaşenko deyib.

Rusiya gürcü-abxaz və gürcü-osetin münaqişələrinin gərginləşməsində maraqlıdır. Rusiya öz sülhməramlılarını çıxarsa, yəqin ki, bu münaqişəni həll etməyəcək, əksinə, onu daha da gərğinləşdirəcək., - o hesab edir.

Malaşenko ABŞ Dövlət Katibinin bəyanatını şərh edərək qeyd edib ki, münaqişə zonasında maraqlar kifayət qədər rəngarəngdir. Vəziyyət gərgindir, ona görə də hazırda bir-birimizə məsləhətlər vermək mənasızdır. Hamı öz milli maraqlarını əsas götürür. ABŞ və Rusiyanın maraqları isə, kifayət qədər aydındır.

Bununla belə, ekspert hesab edir ki, Rusiya sülməramlılarının polislərə dəyişdirilməsi təklifi indi heç də ən yaxşı təklif hesab edilmir: o ya bir az əvvəl, ya da bir az sonra edilsəydi, daha yaxşı olrdı.

Politoloqa indiyədək münaqişədə kimin təxribat etməkdə maraqlı, kimin maraqsız olması aydın deyil. Onun fikrincə, rəsmi Moskva və Tbilisi, daha dəqiq desək, Medvedyev, Putin və Saakaşvili müharibədə maraqlı deyillər. Liakin münaqişənin gərginləşməsində maraqlı olan bəzi qruplar var. Bunlar, necə deyərlər, "qırğılar"-dır. "Onlar həm Moskvada, həm Tbilisidə, həm də Abxaziyada var. Buna görə də hazırda təşəbbüs məhz onlara məxsusdur. Abxaziyada baş verən partlayışlar Tbilisinin və Moskvanın hiyləsi deyil. Bu, tənzimlənmənin baş tutmamasında maraqlı olan qüvvələrin hiyləsidir", - Malaşenko qeyd edib.

SSRİ dağıldıqdan sonra, Gürcüstan SSR-nin tərkibində muxtariyyət statusuna malik olan Abxaziya və Osetiya öz müstəqilliklərini elan ediblər. Rəsmi Tbilisinin bu ərazilər üzərində nəzarəti itirməsi ilə nəticələnən silahlı münaqişədən sonra müvəffəqiyyətsiz sülh danışıqları aparılır.Tbilisi onlara Gürcüstan tərkibində geniş muxtariyyət təklif edir. Lakin bu, separatçıları qane etmir.

.

Xəbər lenti

Xəbər lenti