...

Azərbaycan və Latviya hökumətləri ticari-iqtisadi münasibətlərin inkişafı haqqında protokol imzalayacaq

Siyasət Materials 15 İyul 2008 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul/ Trend , müxbir E.Əliyev/ Azərbaycan və Latviya hökumətləri qarşılıqlı ticari-iqtisadi münasibətlərin inkişafı haqqında protokol imzalayacaqlar. Sənəd çərşənbə axşamı Riqada başlayan ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclasının yekunları üzrə imzalanacaq. Bu barədə Trend -a Latviyanın Azərbaycandakı səfirliyinin üçüncü katibi Markis Maksims (Marcis Maksims) məlumat verib.

Hökumətlərarası komissiyaya Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Bababyev və Latviyanın iqtisadiyyat naziri Kaspars Gerhards (Kaspars Gerhards) başçılıq edir.

İclasda ticari-iqtisadi, mədəni və elmi-texniki sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunur. Katib bildirib ki, iclasda müzakirə edilən vacib mövzulardan biri enerji sahəsində əməkdaşlıqdır. Latviya Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır və hər iki ölkə hökumətində ekspertlərə bu əməkdaşlığın imkanlarını öyrənmək tapşırılıb.

Azərbaycanın iqtisadi inkişaf naziri Riqaya səfəri çərçivəsində Latviyanın əlaqə naziri Aynars Şlesserlə görüşməyi və onunla ikitərəfli əməkdaşlıq üzrə bir sıra məsələləri müzakirə etməyi planlaşdırır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti