...

Azərbaycanın siyasi partiyasının seçki ilə bağlı mövqeyi müəyyənləşib

Siyasət Materials 16 İyul 2008 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul/ Trend , müxbir E.Babayev/ İqtidaryönlü Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) qarşıdan gələn prezident seçkisi ilə bağlı mövqeyi dəqiqləşib. "Rayon təşkilatlarımızda qurultaya hazırlıq üzrə konfranslar artıq yekunlaşıb və bütün rayon təşkilatları hazırki dövlət başçısı İlham Əliyevin namizədliyinin irəli sürülməsini qurultaya tövsiyə ediblər", -bunu Trend -a DADP sədri Məmməd Əlizadə deyib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisinin oktyabrın 15 - də keçirilməsi nəzərdə tutulur. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtiadaryönlü Ana Vətən və Sosial Rifah partiyaları da seçkidə İlham Əliyevin namizədliyini müdafiə etmək qərarı veriblər. Müxalif Vəhdət və Tərəqqi partiyaları da İlham Əliyevi müdafiə etmək barədə qərar verəcəklərini bildiriblər. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə, seçkiləri boykot edəcəyi barədə bəyanat verib. Blokun Məclisində bu bəyanat müzakirəyə çıxarılıb, yekun qərar veriləcək.

Əlizadə bildirib ki, qurultay avqust ayının ilk ongünlüyündə keçiriləcək. "Qurultayda təşkilati məsələlərə də baxılacaq və sədrliyə yenidən namizədliyimi irəli sürəcəyəm. Eyni zamanda, qurultay İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürəcək" - deyə o qeyd edib.

DADP Əlizadə tərəfindən təsis edilib. Partiya hakimiyyətin mövqeyini müdafiə edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti