...

ABŞ-ın İnkişaf və Ticarət Agentliyinin Avropa və Avrasiya ölkələri üzrə nümayəndəsi Azərbaycanda yeni layihələrin reallaşdırılması imkanlarını öyrənir

Siyasət Materials 28 İyul 2008 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul/ Trend , R.Novruzov/ ABŞ-ın İnkişaf və Ticarət Agentliyi (USAİD) administratorunun Avropa və Avrasiya ölkələri üzrə köməkçisi Ken Yamaşita Azərbaycanda təşkilatın yeni layihələrinin reallaşdırılma imkanlarını öyrənir.

Yamaşita səfəri çərçivəsində USAİD-in tərəfdaş təşkilatları ilə görüşəcək, həmçinin USAİD-in maliyyələşdirdiyi iri layihələrə baş çəkəcək. Agentliyin nümayəndəsi artıq Şüvəlanda Save the Children ilə birlikdə işləyənUşaqların Müdafiəsi Mərkəzində olub. Bu barədə ABŞ səfirliyinin mətbuat katibi Mehdi Hüseynquliyev məlumat verib.

Bundan əlavə, Bakı və Azərbaycanın Cənub rayonlarındakı layihələrin rəhbərləri ilə görüşlər planlaşdırılır. Yamaşita bu vəzifəyə 2008-ci ilin martında təyin edildiyi üçün səfəri tanışlıq xarakteri daşıyır.

USAİD-in Azərbaycandakı layihələri makroiqtisadi sabitliyin inkişafına, mikro, kiçik və orta maliyyə sektorlarının təkmilləşməsinə, sektorların rəqabətqabiliyyətliliyinin artmasına, demokratik və vətəndaş layihələrinə istiqamətlənib.

Yamaşita 2008-ci ilin martında USAİD administratorunun köməkçisi təyin edilib. Onun səlahiyyətlərinə Büronun Avropa və Avrasiyanın 23 ölkəsinə yardım üçün 700 mln. dollar həcmində illik büdcəsinin proqramı və menecmenti üzərində nəzarət daxildir. 1992-ci ildən USAİD tərəfindən Azərbaycana maliyyə yardımının məbləği 284 mln. dollar təşkil edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti