...

Türkiyə Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Minsk prosesini dəstəkləyir – Türkiyənin XİN başçısı

Siyasət Materials 4 Avqust 2008 14:48 (UTC +04:00)
Türkiyə Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Minsk prosesini dəstəkləyir – Türkiyənin XİN başçısı

Azərbaycan, Bakı, 04 avqust / Trend , müxbir S.İlhamqızı/ Türkiyənin xarici işlər naziri Əli Babacan ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Minsk Qrupunun vasitəçiliyini dəstəklədiyini bildirib.

"Biz ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə Minsk prosesini dəstəkləyirik", - deyə Babacan bu gün Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

Babacan Türkiyənin Avropa Birliyinə üzvlüyü prosesinin Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması faktına nə kimi təsir göstərib-göstərməyəcəyi barədə sualı cavablandırıb. O, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı başqa formatda nizamlanma prosesinin mövcud olduğunu, yəni Minsk Qrupunun bu işlə məşğul olduğunu xatırladıb.

Nazir həmçinin iyun ayında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb müzakirələr apardığını xatırladıb. Babacan bu müzakirələrin nəticəsində irəliləyiş əldə olunacağına ümid etdiyini dilə gətirib.

"Münaqişənin həlli məsələsində bu bölgənin demoqrafik quruluşunu, son 5-10 il ərzində nələr baş verdiyini nəzərə almaq lazımdır. Biz Minsk prosesini dəstəkləyir və ümid edirik ki, tərəflər ortaq zəmin əldə edəcəklər", - deyə Türkiyənin xarici işlər naziri bildirib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti