...

Azərbaycan prezidenti Pekinə gəlmişdir

Siyasət Materials 7 Avqust 2008 23:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust/ Trend / Azərbaycanın prezidenti İlham Əliyev Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün avqustun 7-də Çin Xalq Respublikasının paytaxtına gəlmişdir.

Dövlət başçısı və xanımı Mehriban Əliyevanı Pekinin beynəlxalq hava limanında Çinin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, Olimpiadanın təşkilat komitəsinin üzvləri və digər rəsmi şəxslər qarşıladılar.

Dövlətimizin başçısı hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.

Xəbər lenti

Xəbər lenti