...

Azərbaycan prezidentliyinə beş namizədin səlahiyyətli nümayəndələri təsdiq edilib

Siyasət Materials 12 Avqust 2008 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust/ Trend , müxbir E.Babayev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası çərşənbə axşamı Azərbaycan prezidentliyinə beş namizədin səlahiyyətli nümayəndələrini təsdiqləyib.

Azərbaycanın Bütöv Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Ümid partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev, Azərbaycanın Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev və Yaşıllar Partiyasının sədri Mais Güləliyevin MSK- dakı səlahiyyətli nümayəndələri təsdiq edilib.

İclasda MSK- da Nəzarət -Təftiş Xidmətinin yaradılması barədə qərar qəbul edilib. Xidmət seçki komissiyaları üçün ayrılmış maliyyə vəsaitlərinin xərclənməsini müşahidə edəcək. Xidmətdə Maliyyə, Vergilər nazirliklərinin, Milli Bankın, Hesablama Palatasının nümayəndələri və üç MSK üzvü təmsil olunub.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək.

Bu vaxtadək MSK hakim Yeni Azərbaycan Partiyasından namizəd, hazırki dövlət başçısı İlham Əliyevin səlahiyyətli nümayəndələrini təsdiqləyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti