...

Livanda baş verən partlayışın arxasında kimin dayandığıməlum deyil

Siyasət Materials 13 Avqust 2008 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust / Trend , müxbir Ü. Sadıqova/ Livanın şimalında yerləşən Tripoli şəhərində baş verən partlayışın arxasında kimin dayandığı məlum deyil.

Partlayış səhər saat 7- də adamların sıx olduğu dayanacaqda baş verib. Partlayışda ölənlərin sayı 12 nəfər, yaralıların sayı 46 nəfərdir. "Aljazeera" telekanalının çərşənbə günü verdiyi xəbərə görə, onların hamısı xəstəxanalara yerləşdirilib.

Tripoli Polisinin mətbuat xidmətindən çərşənbə günü Trend a verilən məlumata görə, partlayışın arxasında kimin dayandığı məlum deyil, hadisə yerində araşdırma aparılır.

İlkin hesablamalar göstərir ki, partlayış zamanı 20 kiloqramlıq partlayıcı maddədən istifadə olunub.

Polisdə bu günkü partlayışın ötən ay Tripolidə baş verən çoxsaylı toqquşmaların nəticəsi olduğu istisna olunmur.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti