...

Azərbaycan prezidenti pakistanlı həmkarına təbrik məktubu göndərib

Siyasət Materials 13 Avqust 2008 19:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan prezidenti İlham Əliyev Pakistanın milli bayramı - Müstəqillik günü münasibətilə bu ölkənin prezidenti Pərviz Müşərrəfə təbrik məktubu göndərib.

"Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Azərbaycan-Pakistan münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, dost ölkələrimizin hərtərəfli əməkdaşlığı birgə səylərimiz sayəsində daim öz miqyasını genişləndirərək xalqlarımızın rifahına töhfələr verəcəkdir", -deyə məktubda qeyd olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti