...

ABŞ Azərbaycanın Gürcüstanı dəstəkləməsini alqışlayır – ABŞ səfiri

Siyasət Materials 18 Avqust 2008 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust/ Trend , müxbir R.Novruzov/ ABŞ Azərbaycanın Gürcüstanı dəstəkləməsindən alqışlayır və ümid edir ki, digər ölkələr beləcə irəli çıxaraq, Rusiyanın müdaxiləsinə məruz qalan Gürcüstanı dəstəkləyəcəklər. Bu barədə ABŞ -ın Azərbaycandakı səfiri Enn Dersinin bəyanatında bildirilir.

"ABŞ Azərbaycan və Gürcüstanın müəyyən edilmiş yolla, Avropa və Qərbin dəstəyi ilə inkişafının lehinə çıxış edir. Rusiya bu ölkələrin demokratik yolla seçilmiş liderlərinin seçdikləri yola hörmət etməlidir", - ABŞ səfiri bazar ertəsi bəyanatında bildirib.

Onun sözlərinə görə, ABŞ tamamilə və açıq şəkildə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. " Son 15 il ərzində bu bölgə dirçəlib, Avropa, Orta Asiya və geniş beynəlxalq ictimaiyyətlə əlaqələr güclənib. Biz təkcə neft və qaz kəmərləri ilə əlaqədar bağlanmamışıq, həm də həyati dəyərlərə baxışlarımızi bölüşürük", - o bildirib.

Avqustun 8- nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Səhəri gürcü ordusunun Tsxinvaliyə daxil olması barədə məlumat yayılıb. Rəsmi Tbilisi bu hadisələri "Konstitusiya rejiminin bərpası" adlandırır. Tanınmamış Cənubi Osetiya Rusiyadan hərbi kömək istəyib. Gürcüstanın ehtiyatda olan hərbi qulluqçularının səfərbərliyi elan edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti