...

Azərbaycan prezidenti Beynəlxalq Maliyyə Korporasiyasının rəhbərini qəbul edib

Siyasət Materials 19 Avqust 2008 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust / Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Beynəlxalq Maliyyə Korporasiyasının rəhbəri Lars Tunellin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Lars Tunell 1995 - ci ildən rəhbərlik etdiyi qurumun Azərbaycanla uğurlu əməkdaşlığından məmnunluğunu bildirib. O, son illər Azərbaycanın iqtisadi artım, biznes mühitinin və özəl sektorun inkişafı istiqamətində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirib. Görüşdə Azərbaycanla Beynəlxalq Maliyyə Korporasiyası arasında əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti