...

Rumıniya prezidenti Azərbaycana və Gürcüstana səfər edəcək

Siyasət Materials 20 Avqust 2008 11:18 (UTC +04:00)
Rumıniya prezidenti Azərbaycana və Gürcüstana səfər edəcək

Rumıniya prezidenti Trayan Basesku Bakıya səfər etmək niyyətindədir. Rumıniya prezidenti administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Basesku avqustun 20-21-də Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan və Türkiyəyə işgüzar səfər edəcək.

Məlumatda bildirilir ki, səfərlər zamanı Rumıniyaının dövlət başçısı öz həmkarları ilə danışıqlar aparacaq. İTAR-TASS-ın verdiyi xəbərə görə, danışıqlar zamanı təkcə ikitərəfli münasibətlərin vəziyyəti deyil, həm də Qara dəniz regionundakı vəziyyət, o cümlədən Avropa İttifaqı, NATO və ATƏT-in müxtəlif strukturlarının əməkdaşlığa cəlb edilməsi məsələsi diqqət mərkəzində olacaq.

Xəbər lenti

Xəbər lenti