...

Rusiya hərbçiləri Saçxere şəhərinə girməyə çalışırlar

Siyasət Materials 20 Avqust 2008 14:42 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 avqust/ Trend , müxbir Kirtsxaliya/ Rusiya işğalçıları Gürcüstanın qərbindəki Saçxere şəhərinin girəcəyində hələ də qalmaqdadırlar. Hərbçilər burada dünən günortadan yerləşiblər və şəhərə girməyə çalışırlar.  

Onların şəhərə girməsinə polis patrulu və şəhər əhalisi mane olur. Saçxeredə rus təcavüzünə qarşı mitinq-aksiya da keçirilib.

Gürcüstan XİN-in məlumatına görə, rus hərbçiləri Saçxeredə Fransa tərəfindən tikilmiş dağ atıcılarının hazırlanması üzrə hərbi poliqonu məhv etmək niyyətindədirlər. Poliqonun fəaliyyəti dövründə Avropanın bir sıra ölkələri üçün dağ atıcıları hazırlanıb.

Gürcüstan XİN beynəlxalq ictimaiyyətdən Rusiyanın ölkənin hərbi infrastrukturunu məhv etməsinə reaksiya verməyi tələb edib.

Dünən Poti limanında saxlanılmış, mülki obyekti mühafizə edən 22 gürcü polisi də hələ azad edilməyib.

Xəbər lenti

Xəbər lenti