...

Latviya Seyminin nümayəndə heyəti Gürcüstanda səfərdədir

Siyasət Materials 20 Avqust 2008 16:57 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Latviyanın parlament üzvlərindən ibarət nümayəndə heyəti Gürcüstana səfərə gəlib. Gürcüstan parlamentindən verilən məlumata görə, bu, dostluq səfəridir və deputatlar Tbilisiyə Latviya hakimiyyəti tərəfindən Gürcüstana humanitar yardım gətiriblər.

Latviyalı deputatlar vəziyyətlə KİV və televiziya vasitəsilə deyil, yerində tanış olmaq istədiklərini bildirirlər. Onlar Rusiyanın Gürcüstana qarşı hərəkətini və işğalçı qoşunların müdaxiləsini olmasını pisləyir.

Latviya Seyminin deputatları gürcü - osetin münaqişəsi zonasından qaçqın düşən insanların sıx yerləşdirildikləri ərazilərə baş çəkəcəklər.

Bu gün nümayəndə heyətinin üzvləri Gürcüstan parlamenti komitə sədrləri ilə də görüşəcəklər. Günün yekununda parlament sədri ilə görüş keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti