...

Müxalifətçi milli həmrəylik hökumətinin yaradılması təşəbbüsü ilə çıxış edir

Siyasət Materials 25 Avqust 2008 18:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Xalq Partiyasının lideri Koba Davitaşvili Rusiya Federasiya Şurasında Gürcüstanın separatçı regionlarının tanınması ilə əlaqədar prezident Medvedyevin adına müraciətin qəbul edilməsinə milli həmrəylik hökumətinin yaradılması təşəbbüsü ilə cavab verir. O, bazar ertəsi keçirilən mətbuat konfransında bəyan edib ki, müxalifət ölkə üçün çox çətin vaxtda məsuliyyətin bir hissəsini öz üzərinə götürməlidir.

"Bu gün birlik və həmrəylik çox lazımdır və bu, yalnız çağırış olmamalıdır", - o bildirib.

"Bu gün ölkədə ictimaiyyətin bir hissəsinin deyil, bütün əhalinin etibarını qazanmış hökumət olmalıdır. Bununla əlaqədar mən milli həmrəylik hökumətinin yaradılması təşəbbüsü ilə çıxış edirəm və bu hökumət Rusiyanın işğal qoşunları Gürcüstan ərazisini tərk edənədək fəaliyyət göstərəcək", - Davitaşvili bəyan edib. Onun sözlərinə görə, məsuliyyət müxalifəti qorxutmur və "biz ölkədə cərəyan edən hadisələrə görə cavab verməyə hazırıq".

Xalq Partiyasının lideri bunun əvəzində müvafiq təsir vasitələrini tələb edir ki, ölkə üçün ən vacib qərarlar təkbaşına deyil, kollektiv şəkildə qəbul edilsin. "Ölkənin ərazi bütövlüyü uğrunda mübarizə başa çatmayıb, o, bu gün başlayır. Gürcü xalqı bir olmazsa, Rusiya Gürcüstanın dağıdılması planını həyata keçirəcək", - Davitaşvili bəyan edib və ölkə rəhbərliyinin onun təşəbbüsünə diqqət yetirəcəyinə ümid etdiyini bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti