...

Gürcüstan Rusiya ilə diplomatik əlaqələrin minimuma endirilməsi haqda qərar qəbul edib

Siyasət Materials 27 Avqust 2008 23:02 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 avqust / Trend müxbir N.Kirtsxalia/ Gürcüstan XİN-i Rusiya ilə diplomatik əlaqələrin minimuma endirilməsi haqda qərar qəbul edib. Bunu bu gün Gürcüstan XİN başçısının müavini Nino Kalandadze bəyan edib.

"Bu o deməkdir ki, diplomatik missiyasının səviyyəsi daha bir qayda aşağı salınacaq və səfirin səlahiyyətlərini icra edən Givi Şuqarov geri çağırılacaq", - deyə o bildirib.

Nazir müavini qeyd edib ki, səfirlikdə yalnız müəyyən sayda əməkdaş qalacaq. Onlar Rusiyada yaşayan Gürcüstan vətəndaşlarına göstərilən xidmətlər üçün orada fəaliyyət göstərəcəklər.

Grücüstanın Rusiyadakı səfiri Erosi Kitsmarişvili Gürcüstana məxsus pilotsuz təyyarənin Abxaziyada ruslar tərəfindən vurulmasından sonra Moskvadan geri çağırılıb.

Xəbər lenti

Xəbər lenti