...

Azərbaycanın müxalifət partiyası yeni birliyin yaranacağına inanmır

Siyasət Materials 28 Avqust 2008 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir E.Babayev/ Müxalif Azərbaycan Demokrat Partiyası (ADP) hesab edir ki, müxalifətin yeni birliyinin yaranması ilə bağlı danışıqlar daha çox şəxsi maraqlara xidmət edir.

"Hələlik görünən odur ki, müxalifətin yeni əməkdaşlıq formatının yaradılması ilə bağlı danışıqlar daha çox korporativ maraqlara xidmət gösətərir", - cümə axşamı Trend -a partiyanın Ali Məclisinin üzvü Qurban Məmmədov Məmmədov bildirib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15- də keçiriləcək. Üç müxalifət partiyasının (Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf) təmsil olunduğu "Azadlıq" bloku, Klassik Xalq Cəbhəsi, Açıq Cəmiyyət, Müsavat, Vətəndaş Həmrəyliyi, Demokrat, Azadlıq, Milli İstiqlal, Sosial Demokrat partiyaları, o cümlədən "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov seçkidə iştirakdan imtina ediblər.

"Azadlıq" bloku Sədrlər Şurasının bir həftə əvvəl keçirilən toplantısında seçkidə iştirakdan imtina edən partiyaların əməkdaşlıq mərkəzinin formalaşması barədə qərar verilib. Bu istiqamətdə danışıqlar aparmaq üçün blokun adından AXCP funksioneri Fuad Mustafayevə səlahiyyət verilib. Aparılan danışıqlar zamanı seçkidə iştirak etməyən partiyalara, əsasən, qarşıdakı seçkinin qeyri-legitim olmasını qəbul etmək şərti irəli sürülüb.

Məmmədov bildirib ki, seçkilərin indidən qeyri-legitim olduğunu bəyan etmək ağılsızlıq ola bilər. "Gərək seçki olsun ki, ona qiymət verilsin" - deyən Məmmədovun sözlərinə görə, ADP-nin yeni əməkdaşlıq mərkəzindən kənarda qalması o deməkdir ki, bu birlik real müxalifəti özündə əks etdirmir.

"Son illərin hadisələri də sübuta yetirib ki, ADP-siz müxalifətin birliyi qeyri-mümkündür. ADP kənarda qalsa, heç kəs yeni əməkdaşlıq mərkəzini ciddi qəbul etməyəcək" - Məmmədov əlavə edib.

Məmmədov qeyd edib ki, ADP səmimi birliyin yaranmasında maraqlıdır. Onun fikrincə, müxalifətin yeni birliyinin yaranması üçün hər hansı şərt irəli sürülməməli və ortaq məxrəc tapılaraq, birlik formalaşmalıdır.

Sağ təmayüllü partiya olan ADP 1991- ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya 2007- ci ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq, keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edib, özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti